
Gürcüstanda məktəblərdə, uşaq bağçalarında və universitetlərdə tətil vaxtı uzadıldı
Təhsil müəssisələrində koronavirusa görə, məzuniyyət aprelin 1-dək uzadıldı.
Azturkfm.com xəbər verir ki, bu barədə Hökumət rəhbərliyi məlumat yayır.
Bildirilib ki, qərar Gürcüstanın Baş naziri Giorgi Qaxarianın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Kordinasiya Şurası tərəfindən qəbul edilib.
Qeyd edək ki, Gürcüstanda virusa yoluxanların sayı 23-ə çatıb və hazırda 126 nəfər karantində, 46 nəfər isə tibbi nəzarətdə saxlanılır.